14:55 - 20.12.2023
20 dekabr, Fineko/abc.az. Rayonlarda kreditlər Bakıya nisbətən 2 dəfə bahadır.
ABC.AZ xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O bildirib ki, Bakıda kreditlər üzrə orta faiz dərəcəsi 11.05% olduğu halda Dağlıq Şirvanda 19.67%, Qarabağda 19.32%, Mil-Muğan iqtisadi rayonunda 19.13%, Lənkəran-Astara iqtisadi rayonunda 19.1%, Şirvan-Salyan iqtisadi rayonunda 18.75%, Mərkəzi Aranda 18.59%, Qazax-Tovuz iqtisadi rayonunda isə 18.42%-dir. Mərkəzi Bankın məlumatına görə, Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsi isə 12.56 faizdir.
Millət vəkili qeyd edib ki, rayonlarda faiz dərəcəsinin yüksək olması vətəndaşların kreditlərə əlçatanlığını azaldır.
Bu xüsusən bölgələrdə real sektora yönəldilən kreditlərin payının az olması anlamına da gəlir. Bu isə, regionlarda sərmayə qoyuluşlarının artırılmasına əngəl olur.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026