Dünya neft bazarının çökəcəyi gözlənilir — Səbəb

17:24 - 18.12.2023


18 dekabr, Fineko/abc.az. British Petroleum (BP) daxil olmaqla ən böyük enerji şirkətləri tərəfindən Qırmızı dəniz tranzitinin bağlanması səbəbindən neft nəqlinin dəyəri xeyli arta bilər.

ABC.AZ xəbər verir ki, üçüncü ən böyük neft və qaz şirkəti rəhbərliyinin Qırmızı dəniz ərazisindən yanacaq tranzitinin müvəqqəti dayandırılması barədə qərarı Yəmən husilərinin hücumlarının sayının artması ilə diktə edilib.

BP-nin qərarı şirkətin bütün tankerlərinə və tərəfdaşlarının ticarət gəmilərinə şamil ediləcək.