15:50 - 15.12.2023
15 dekabr, Fineko/abc.az. Noyabr ayında Türkiyədə mənzil satışlarının sayı ötən ilin eyni ayı ilə müqayisədə 20,6% azalaraq 93 min 514-ə enib.
ABC.AZ xəbər verir ki, məlumata görə, yanvar-noyabr aylarında mənzil satışları ötən ilin eyni dövrü ilə müqayisədə 14,9% azalaraq 1 milyon 87 min 349 nəfər təşkil edib.
Noyabr ayında İstanbul ən yüksək mənzil satış payına sahib olub: 15 min 187 mənzil və ya 16,2%. İstanbuldan sonra Ankara — 8250 mənzil (8,8%) və İzmir — 5105 mənzil (5,5%) qeyd olunur.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026