15:35 - 15.12.2023
15 dekabr, Fineko/abc.az. 2023-cü ilin ilk 11 ayında Azərbaycanda əhalinin adambaşına düşən nominal gəlirləri 6 917.1 manat təşkil edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da illik müqayisədə hər nəfərinə düşən nominal gəlirlərin 12.2 faiz artması deməkdir.
Əhalinin ümumi nominal gəlirləri 70 milyard 223.5 milyon manat olmaqla illik 13.2 artmış olub.
Qeyd edək ki, Azərbaycanda noyabrda istehlak qiymətləri indeksi (inflyasiya) illik 9.4 faiz təşkil edib. Bu öncəki oktyabrda 10.2 faiz idi.
2023-cü il 1 oktyabr tarixinə ölkədə 10 milyon 168.4 min nəfər əhali yaşayır.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026