Valyuta hərracında bankların tələbi 2,6% artıb

12:32 - 14.12.2023


14 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, dekabrın 14-də baş tutan valyuta hərracında bankların tələbi 70,9 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, ötən hərracdan 1,8 milyon dollar və ya 2,6% çoxdur.

Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Dekabrın 12-də keçirilən valyuta hərracında AMB banklara 69,1 milyon dollar satıb.