12:30 - 13.12.2023
13 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında 5 521 yeni vergi ödəyicisi qeydiyyata alınıb.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatında bildirilir.
Bildirilib ki, bunların 90.5%-i fiziki, 9.5%-i hüquqi şəxslər və digər təşkilatlar olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 1.9 dəfə, o cümlədən fiziki şəxslərin sayı 1.7 dəfə, hüquqi şəxslərin sayı isə 18 dəfə artıb.
Yanvar-noyabr aylarında kommersiya qurumlarının 66%-i elektron qaydada, 34%-i isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026