16:45 - 11.12.2023
11 dekabr, Fineko/abc.az. Rusiyada “Şerşen” və “Aist” dronları Şimal Dəniz Yolu ilə gedən gəmilərə kömək etməkdə ixtisaslaşacaq.
ABC.AZ xəbər verir ki, ilk PUA “Şerşen” adlanır, tezliklə sınaqdan keçirilməlidir. Sınaqlar 2024-cü ildə “Sovkomflot”un dəstəyi ilə aparılacaq. Aysberqlərin işarələnməsi üçün “Şerşen” dornu nəzərdə tutulub. “Aist” adlı ikinci dron “Dron Solyuşns” model seriyasında artıq təqdim edilib. Onun pərakəndə satış üçün qiyməti 4,5 milyon rubl təşkil edir.