12:15 - 7.12.2023
7 dekabr, Fineko/abc.az. Azərbaycanda 1 yanvar 2023-cü il tarixinə müəssisə və təşkilatların aktivlərinin həcmi 311.99 milyard manata yüksəlib.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, hesabata əsasən, bu da illik müqayisədə 5% artımdır.
Ölkə iqtisadiyyatının əsas drayveri olan mədənçıxarma sənayesinin aktivlərinin həcmi 143 mlrd. manat təşkil edib.
Aktivlərin 106.33 milyard manatı dövlət mülkiyyətində olan müəssələrin payına düşür.
Qeyd edək ki, bu hesabatda bank və kredit təşkilatlarının aktivləri nəzərə alınmır.