Cənubi Koreya bərk yanacaqlı raketi uğurla sınaqdan keçirib

17:50 - 4.12.2023


4 dekabr, Fineko/abc.az. Cənubi Koreya kosmik raketi uğurla sınaqdan keçirib.

ABC.AZ xəbər verir ki, sınaq zamanı Yer orbitinə 100 kiloqramlıq peyk çıxarılıb. Daşıyıcının buraxılışı Çecudo adasının yaxınlığındakı sularda baş tutdu.

Xəbər verilir ki, buraxılış Şimali Koreyanın kosmik fəallığının artması fonunda baş verib.