16:14 - 4.12.2023
4 dekabr, Fineko/abc.az. Milli Məclisin deputatı Vüqar Bayramov 300 dollarlıq gömrük limitinin dəyişdirilməsi ilə bağlı suallara cavab verib.
ABC.AZ xəbər verir ki, deputat öz “Facebook” hesabında məsələyə münasibət bildirərək, limitin aşağı salınmasının məqsədəuyğun olmadığını bildirib:
“Şəxsi istehlak üçün rüsum ödəmədən xaricdən aylıq 300 dollaradək sifariş məbləğinin 2 dəfə azaldılacağı ilə bağlı son günlər ünvanlanan çoxsaylı suallara cavab olaraq bildirmək istərdik ki, bu limitlər Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir. Sonuncu dəfə, 2020-ci il avqustunda gömrük limitinin məbləği 1000 dollardan 300 dollara endirildi. Bu limitin dəyişdirilməsi ilə bağlı bir sıra sahibkarlıq subyektləri tərəfindən müraciətlərin olmasına baxmayaraq onun aşağı salınması məqsədəuyğun deyil".
14 Avqust 2026
14 Avqust 2026