“Spotify” şirkəti ştatının 17%-ni ixtisar edəcək

15:20 - 4.12.2023


4 dekabr, Fineko/abc.az. “Spotify” şirkəti ştatının 17%-ni ixtisar edəcəyini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, 17 faiz şirkətin 500 işçisini ixtisar etməsi deməkdir.

Xidmətin baş direktoru Daniel Ekin sözlərinə görə, ixtisarlara səbəb yavaş iqtisadi artım və yüksək xərclərdir.

Dekabrın 4-də bütün işçilərə işdən çıxarılma barədə məlumat veriləcək və hər biri ilə fərdi görüş keçiriləcək.

İşdən çıxarılan bütün işçilər təxminən beş aylıq işdən çıxma müavinətini və istifadə olunmamış məzuniyyət pulunu alacaqlar. Bundan əlavə, şirkət müavinət müddətində tibbi xidmət haqqını da ödəyəcək.

Bu, şirkətdə il ərzində üçüncü ixtisarıdır. 2023-cü ilin yanvarında “Spotify” işçilərinin 6%-ni – təqribən 600 nəfəri, iyunda isə podkast bölməsində daha 200 əməkdaşını ixtisar etmişdi.