Son 10 ayda Azərbaycana 89 ədəd avtobus idxal olunub

17:00 - 20.11.2023


20 noyabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-sentyabr aylarında ölkəyə 67 453 ədəd minik avtomobili, 5 062 ədəd yük avtomobili, 89 ədəd avtobus idxal olunub.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə yanvar-sentyabr ayında Azərbaycana ümumilikdə 5 milyon 977 min dollar məbləğində avtobus idxal edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 87.1% azdır. 

Statistik məlumatlara əsasən, hesabat dövründə respublikaya ümumilikdə gətirilən avtobuslarda azalma 73.6% olub.