Bitki yağları ucuzlaşacaq?

16:26 - 20.11.2023


20 noyabr, Fineko/abc.az. Azərbaycanda yerli şirkətlər üçün xaricdən idxal edilən xam bitki yağlarının ekstraktları ucuzlaşıb.

ABC.AZ  xəbər verir ki, 2023-cü ilin ilk üç rübündə Azərbaycanda şirkətlər xaricdən ötən il xam günəbaxan yağının bir tonunu ortalama 1 587 dollara aldıqları halda, cari ildə bu rəqəm 43 faiz azalaraq 910 dollara düşüb.

Eyni eniş xam qarğıdalı yağında da müşahidə edilir. Belə ki, 2023-cü ilin ilk üç rübündə Azərbaycana xaricdən idxal edilən xam qarğıdalı yağının bir tonu 2022-ci ilin eyni müddətində orta hesabla 1 586 dolla/ton idxal edildiyi halda, bu rəqəm cari ildə orta hesabla 1 501 dollar/ton təşkil edib. Bu illik müqayisədə 5 faiz ucuzlaşmadır.

Lakin bu yerli istehsal olan bitki yağlarının pərakəndə satış qiymətlərində bir qədər fərqlidir. Məsələn, 2022-ci ilin sentyabrında 1 litri 5.55 manata satılan günəxaban yağının qiyməti, cari ilin müvafiq dövrünə 4.37 manata qədər 21 faizlik ucuzlaşma yaşayıb.

Qarğıdalı yağının qiyməti isə 11% ucuzlaşıb. Məsələn, 2022-ci ilin sentyabrında bir litri 6.75 manat olduğu halda, 2023-cü ilin eyni dövründə  5.99 manat düşüb.