14:50 - 20.11.2023
20 noyabr, Fineko/abc.az. İnsanların il ərzində ən çox işlədiyi ölkələrin reytinqi dərc edilib.
ABC.AZ xəbər verir ki, reytinq “Stativerse”nin araşdırmaları əsasənda hazırlanıb.
Reytinqdə birinci yerdə Kamboca qərarlaşıb.
Belə ki, Kamboca əhalisi il ərzində 8760 saatın 2455 saatını işdə keçirirlər. İl ərzində insanların ən çox işlədiyi ölkələrin siyahısını sizə təqdim edirik:
1. Kamboca~2455
2. Myanma~2437
3. Meksika~2255
4. Malayziya~2238
5. Sinqapur~2237
6. Banqladeş~2232
7. Kosta Rika~2212
8. Cənubi Afrika~2209
9. Honq Konq~2185
10. Tayland~2185