14:40 - 20.11.2023
20 noyabr, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin qarşısında duran əsas strateji hədəflər açıqlanıb.
ABC.AZ xəbər verir ki, Komitənin hədəflərini “Gömrük-Biznes Forumu 2023”də çıxışı zamanı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bildirib.
O qeyd edib ki, Komitə tərəfindən qəbul edilən Gömrük İnkişaf Modelində gömrük orqanlarının fəaliyyətində şəffaflığın yüksəldilməsi, sahibkarlığın və vətəndaşların məmnuniyyətinin artırılması,rəqəmsal gömrük sisteminin yaradılması, büdcə ödənişlərində gömrük daxilolmalarının dayanıqlılığının təmin edilməsi və daha güclü, güvənli hüquq- mühafizə tədbirlərinin həyata keçirilmısi strateji hədəflər kimi müəyyən edilib.
Bu hədəflərə nail olmaq üçün DGK müxtəlif layihələrin təşəbbüskarı kimi çıxış edir.
14 Avqust 2026
14 Avqust 2026