12:29 - 20.11.2023
20 noyabr, Fineko/abc.az. Pakistan builki qış mövsümündə səpin üçün əlavə 0.2 milyon ton karbamid almaq məqsədi ilə Azərbaycan, Çin və Rusiya ilə danışıqlar aparır.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bununla bağlı Pakistanın Dövlət Satınalmalarının Tənzimləməsi Qurumunun İdarə Heyəti ilə Sənaye və İstehsalat Nazirliyinin təqdimatı əsasında müvəqqəti federal kabinet qərar qəbul edib.
İqtisadi Koordinasiya Komitəsi isə hələ də alınacaq məhsul üçün qiymət müəyyən etməyib. Sənaye və İstehsalat Nazirliyinin rəsmisi Əsəd Rəhman Gilani bildirib ki, yerli müəssisələrin 2 ay müddətinə müvəqqəti bağlanması ölkəni 200 min ton karbamid çatımazlığı ilə üz-üzə qoyub.
Bazarda adı çəkilən 3 ölkəyə Hindistanın da adı rəqib kimi göstərilir. Amma bu ölkənin iştirakı istisna edilir.
Azərbaycan Çin və Rusiyadakı mənbələrin məlumatına görə, karbamidin Karaçiyə çatdsırılması təxminən 415-420 ABŞ dollarına başa gələ bilər. Amma Pakistanın ötən il karbamidi daha baha qiymətə aldığını nəzərə alsaq bu rəqəm yüksələ bilər.
26 Avqust 2026
25 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026