16:35 - 17.11.2023
17 noyabr, Fineko/abc.az. Qızılın qiyməti 2%-dən çox yüksəlib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, analitiklər bahalaşmanı ABŞ Federal Ehtiyat Sisteminin (FED) həyata keçirdiyi aqressiv faiz artımı kampaniyasının sona çatdığına dair xəbərlərdən sonra baş verdiyini düşünürlər.
Qeyd edək ki, bu həftə 2%-dən çox yüksələn spot qızıl, həftənin son əməliyyat günündə 0,2% artımla 1.985 dollara satılıb.
Noyabrın 16-da ABŞ-da açıqlanan məlumatlar əmək bazarında yumşalmanın davam etdiyini göstərir. Buna baxmayaraq, FED rəsmilərinin inflyasiya ilə mübarizənin davam edəcəyi ilə bağlı şərhləri bazarların istiqamət tapmasını çətinləşdirir.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026