Azərbaycan 10 ayda xaricdən 119 milyon manatlıq ət alıb

11:55 - 17.11.2023


17 noyabr, Fineko/abc.az. 2023-cü ilin 10 ayı ərzində Azərbaycana 69 milyon 996 min dollar dəyərində (119 milyon manat) 34 860 ton ət idxal olunub.

ABC.AZ Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ət idxalı dəyər ifadəsilə 11.8%, miqdar ifadəsilə 3% artıb.

2022-ci ilin 10 ayı ərzində Azərbaycana 62 milyon 610 min dollar dəyərində 33 806 ton ət idxal olunmuşdur.