“Amazon” avtomobil də satacaq

10:57 - 17.11.2023


17 noyabr, Fineko/abc.az. “Amazon” şirkəti avtomobil satışına başlaya bilər.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, satış 2024-cü ildən başlayacaq. 

Bu çərçivədə alına biləcək ilk markanın isə “Hyundai” olacağı bildirilib.

Açıqlamada, bu yeni rəqəmsal alış-veriş təcrübəsinin onlayn olaraq yeni avtomobil almağı asanlaşdıracağı və müştərilərin “Amazonda” model, avadanlıq, rəng və xüsusiyyətlər daxil olmaqla, müxtəlif seçimlərinə görə bölgələrində mövcud avtomobilləri axtara biləcəkləri bildirilib.

Müəllif: Elmir Murad