12:02 - 16.11.2023
16 noyabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 46 173.2 milyon manatlıq, o cümlədən 25833.9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 20339.3 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3.4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2.2 faiz, qeyri-ərzaq malları üzrə 4.9 faiz artıb.