11:34 - 16.11.2023
16 noyabr, Fineko/abc.az. 2022-ci ildə “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin 1 milyon tona yaxın yük dövriyyəsi olub.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Xəzər Həftəsi Forumu 2023” tədbirində Limanın baş direktoru Rəşad Daşdəmirov bildirib.
“Hövsan limanında böyük tikinti və quruculuq işləri aparılıb. Liman 9 körpüdən ibarətdir və ərazisində 4 dəmir yolu xətti var. Burada texnikalar təmir olunub və istifadəyə verilib”, – deyə o qeyd edib.
“Xəzər Həftəsi Forumu 2023” barədə danışan baş direktor qeyd edib ki, tədbirdə yükdaşımaları ilə məşğul olan, bu sahəyə maraq göstərən şirkətlərlə əməkdaşlıq imkanları müzakirə olunur: “Yüklərin cəlb edilməsi ilə bağlı danışıqlar aparırıq. Məqsədimiz Azərbaycan ərazisindən, xüsusilə Hövsan Limanından yük daşınmasını artırmaqdır. Bu istiqamətdə mütəmadi görüşlər keçiririk”.
18 Avqust 2026