10 ayda Azərbaycan xarici ölkələrlə bu qədər məbləğdə ticarət əməliyyatı aparıb

10:26 - 16.11.2023


16 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 43 milyard 520 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 6% azdır.

10 aylıq xarici ticarət dövriyyəsinin 29 milyard 346 milyon ABŞ dolları ixracın, 14 milyard 174 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,5 % azalıb, idxal isə 22,3 % artıb.

Son nəticədə xarici ticarətdə 15 milyard 172 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 34,4 % azdır.