16:51 - 15.11.2023
15 noyabr, Fineko/abc.az. Asiyada son dövrlərin ən inkişaf etmiş ölkələrindən birinə çevrilməyə başlayan Hindistan ixracını da artırıb. Belə ki, Hindistan oktyabrda 62 milyard dollardan çox mal və xidmət ixrac edib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu da ötən ilin eyni dövründəki göstəriciləri 9%-dən çox üstələyib.
Hindistan Sənaye və Ticarət Nazirliyinin yaydığı məlumata görə, bu ilin aprel-oktyabr aylarında Hindistanın ixracı 192,6 milyard dollar təşkil edib.
Bu da illik müqayisədə 6% çoxdur. Məlumata görə, bu ilin aprel-oktyabr aylarında ölkənin ümumi ticarət kəsiri 35,8% azalıb.
Qeyd edək ki, Azərbaycanla Hindistanın ticarət dövriyyəsi bu ilin yanvar-sentyabr aylarında 902,7 milyon dollar dəyərində olub.
14 Avqust 2026