16:16 - 15.11.2023
15 noyabr, Fineko/abc.az. Bazarlarda bir kiloqramının qiyməti 8 manatdan 440 manata qədər olan çay sortları var.
ABC.AZ Xəzər tv-yə istinadən xəbər verir ki, Lənkəranda çay bazarında müxtəlif çay sortları satılır.
Plantasiyalardan dərilib qurudulmuş halda satışa çıxarılan bu çayların dadı və ətri də fərqlidir. Görünüşü göz oxşayan məhsulların qiyməti 8-10 manatdan başlayır. Bazarda kiloqramı 20, 30 və daha baha satılan çay növləri də var.
Ancaq Lənkəranda heç də bütün çaylar bu qiymətlərə satılmır. Məsələn, kiloqramı 200 manata, hətta 400 manatdan yuxarı satılan çaylar da var.
Ölkənin dörd bir tərəfindən gəlib buradan çay alanları da görmək olar. Lənkəran çayını ətirli və dadlı edən həm də onun gec dəm almasıdır.
Lənkəran bazarına Astara rayonundan da məhsul gətirilir.
9 Oktyabr 2026
9 Oktyabr 2026
9 Oktyabr 2026
9 Oktyabr 2026
9 Oktyabr 2026
9 Oktyabr 2026