Azərbaycan xaricə spirtli içki satışından 18 milyon dollardan çox valyuta əldə edib

15:57 - 15.11.2023


15 noyabr, Fineko/abc.az. Azərbaycan 2023-cü ilin ilk doqquz ayında xaricə $18.65 milyonluq alkoqollu işçilər ixrac edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da illik müqayisədə 136 faiz yuxarı göstəricidir. Bunun da $10.3 milyonu Rusiyaya ixrac edilib.

2022-ci ildə cəmi $7.22 milyonluq spirtli içki ixracı baş tutumuşdu.

Spirtli içkilər üzrə ixracın əsas hissəsini brendi (konyak), viski və şərablar təşkil edir. İlk üç rübdə Azərbaycan xaricə  190.66 min dkl ($6.19 mln.) konyak, 141.36 min dkl ($4.86 mln.) viski və 197.62 min dkl ($4.55 mln.) butulkalarda olan üzüm şərablar ixrac edilib.

Qeyd edək ki, viskinin $4.6 milyonu və konyakın $1.1 milyonu Rusiyaya ixrac edilib.