17:25 - 13.11.2023
13 noyabr, Fineko/abc.az. Ortamüddətli dövrdə, yəni, 2-3 il ərzində inflyasiya proqnozlarının hədəf diapazonuna daxil olunması monitar şəraitin əlavə yumşaldılmasına imkan verəcək.
ABC.AZ xəbər verir ki, bu sözləri Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin noyabrın 13-də keçirilən plenar iclasında deyib.
Taleh Kazımov qeyd edib ki, faiz dəhlizinə dair qərarlar həm də məzənnə sabitliyinə xidmət edəcək. Mərkəzi Bank sektorda likvidliyin idarə edilməsində məcburi ehtiyatlardan, daimi imkan alətlərindən, açıq bazar əməliyyatlarından istifadə edəcək. Əlavə olaraq, bu alətlərdən istifadə edərək likvidliyin konsentrasiyasının azalmasını nəzərdə tutacaq. Ortamüddətli dövrdə inflyasiya üzrə müəyyən edilmiş hədəfə çatılması makroiqtisadi siyasət institutları arasında koordinasiyadan asılı olacaq.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026