"Badamlı Zavod-Anbar" MMC ləğv olunur - Kreditorlara müraciət

11:27 - 6.11.2023


6 noyabr, Fineko/abc.az. "Badamlı Zavod-Anbar" MMC ləğv olunduğunu elan edir.

ABC.AZ-ın məlumatına görə, kreditorlar iki ay ərzində tələblərini AZ7000 Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, ev 34, mənzil 2 ünvanına bildirə bilərlər.

“Badamlı Mineral Sular” MMC “Badamlı Zavod-Anbar” MMC-nin ona qoşulması şəklində yenidən təşkil olunur.

“Badamlı Mineral Sular” MMC “Badamlı Zavod-Anbar” MMC-nin hüquq və öhdəlikləri üzrə hüquqi varisidir.

Qeyd edək ki, “Badamlı Zavod-Anbar” MMC bu ilin may ayında dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 24 035 manatdır və qanuni təmsilçisi  Axundov Simral Fərəc oğludur.