Bu qanunun tətbiqi bazara yeni təşkilatların da daxil olmasına şərait yaradacaq

13:00 - 4.11.2023


4 noyabr, Fineko/abc.az. Müvafiq xidmətlərin göstərilməsi zamanı təchizatçıların riayət etməli olduqları tələblər, onların hüquq və vəzifələri qanunla tənzimlənir.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Hüquq departamentinin Maliyyə bazarlarının hüquqi təminatı şöbəsinin böyük hüquq məsləhətçisi Günay Mahmudova açıqlama verib.

“Yeni qanun layihəsində yeniliklərdən biri uzun illərdir diqqət mərkəzində olan açıq bankçılıqla bağlıdır. Biz nəzarət orqanı olaraq müvafiq məsələləri araşdırıb öyrənməyə çalışırdıq. Sevindirici haldır ki, “Ödəniş təşkilatları və ödəniş xidmətləri haqqında” Qanunun işə düşməsindən sonra ölkəmizdə açıq bankçılıq rejiminin tətbiqi mümkün olacaq və bu, bazara yeni təşkilatların da daxil olmasına şərait yaradacaq”, - deyə o qeyd edib.