Mədən vergisi üzrə daxilolmalar gələn il üçün azalacaq

12:05 - 4.11.2023


4 noyabr, Fineko/abc.az. Mədən vergisi üzrə daxilolmalar gələn il üçün 158,3 milyon manat nəzərdə tutulur.

ABC.AZ xəbər verir ki, bu Maliyyə Nazirliyinin açıqladığı «2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı»nda bildirilir.

Bu da 2023-cü ilin proqnozu ilə müqayisədə 3,7 milyon manat və ya 2,3 faiz azdır.

Həmin məbləğin 89,1 faizi və ya 141,0 milyon manatı neft sektorunun, 10,9 faizi və ya 17,3 milyon manatı qeyri-neft sektorunun payına düşür.

2023-cü ilin proqnozu ilə müqayisədə qeyri-neft sektoru üzrə mədən vergisi 7,3 milyon manat və ya 1,7 dəfə çox, neft sektoru üzrə mədən vergisi 11,0 milyon manat və ya 7,2 faiz az, 2022-ci ilin icrası ilə müqayisədə qeyri-neft sektoru üzrə mədən vergisi 8,4 milyon manat və ya 1,9 dəfə çox, neft sektoru üzrə mədən vergisi 11,1 milyon manat və ya 7,3 faiz az nəzərdə tutulur.