Rusiya bankları Türkiyə bazarına daxil olur - “Mir” kartları üçün terminallar qurulur

12:17 - 2.11.2023


2 noyabr, Fineko/abc.az. Rusiya bankları Türkiyədə “Mir” kartları ilə ödəniş etmək üçün terminallar quraşdırmağa başlayıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bir qayda olaraq, Rusiya kredit təşkilatlarının terminalları turistlərin axını olan yerlərdə quraşdırılır.

Məsələn, otellərdə, iaşə, suvenir və geyim mağazalarında, tur masalarında və apteklərdə.

Rusiya Mərkəzi Bankı vətəndaşlara nağdsız vəsaitlərdən istifadə etməklə xaricə ödəniş imkanı verən bazar təşəbbüslərini dəstəklədiyini bəyan edib.