16:18 - 31.10.2023
31 oktyabr, Fineko/abc.az. 2024-cü ilin dövlət büdcəsində xərclərin nəzərdə tutulması ilə bağlı uyğunsuzluqların əksəriyyətinin aradan qaldırılması fonunda, bəzilərinin hələ də mövcud olduğunu göstərir.
ABC.AZ xəbər verir ki, bu, Hesablama Palatası tərəfindən aparılan təhlillərdə açıq görsənir.
Belə ki, bəzi hallarda xərclər vahid büdcə təsnifatı ilə müəyyən edilən funksional və iqtisadi təsnifatın müvafiq istiqamətlərində (müvafiq təsnifatın bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımaddəsində) nəzərdə tutulmaq əvəzinə digər istiqamətlərdə nəzərdə tutulur. Bu, dövlət büdcəsində məlumatların düzgün əks olunmamasına şərait yaradır.
Qeyd edək ki, Hesablama Palatası Energetika Nazirliyi üzrə 6,1 mln. manatın və 2,3 mln. manatın, tam olaraq “Sair xərclər” maddəsində proqnozlaşdırılmasının dəqiqləşdirilməsini təklif edir.
Eyni zamanda Hesablama Palatası İqtisadiyyat Nazirliyi (Sahibkarlığın inkişafı ilə bağlı tədbirlər) üzrə 4,4 mln. manatın “Dövlət müəssisələrinə subsidiyalar” paraqrafında proqnozlaşdırılmasının məqsədəuyğun olmadığını hesab edir.
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
2 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
2 Sentyabr 2026
1 Sentyabr 2026