15:45 - 30.10.2023
30 oktyabr, Fineko/abc.az. “Binance” kriptovalyuta birjasında ticarət həcminin payı 2022-ci ilin dekabrında 74%-dən 50%-ə düşüb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, son vaxtlar “Binance”dən 16 top-menecer ayrılıb.
İyun ayında SEC “Binance” və onun rəhbəri Changpeng Zhaoya qarşı qiymətli kağızlarla ticarət qaydalarını pozduğuna görə məhkəməyə müraciət edib.
Bu hadisələr bir sıra ticarət şirkətlərinin narahatlığına səbəb olub, onları birjada ticarət əməliyyatlarını azaltmağa məcbur edib.
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026