11:16 - 30.10.2023
30 oktyabr, Fineko/abc.az. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yeni istehsal müəssisəsi fəaliyyətə başlayıb.
ABC.AZ xəbər verir ki, bu barədə Şərqi Zəngəzur 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu müəssisədə səhiyyə təşkilatları üçün müvafiq geyimlər istehsal olunur.
Yeni fəaliyyətə başlayan istehsalat sahəsində Cocuq Mərcanlı kənd sakini olan 8 xanım işlə təmin olunub. Burada tibb personalı və müalicə alan şəxslər üçün geyimlər hazırlanır, eləcə də tibbi maskalar və s. kimi səhiyyə ləvazimatları istehsal olunur. İşin həcmi böyüdükcə yeni işçilərin müəssisəyə cəlb edilməsi planlaşdırılır.
26 Avqust 2026
25 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026