“Binance”ın ticarət həcmi çökdü - Sahibinin sərvəti azaldı

14:57 - 27.10.2023


27 oktyabr, Fineko/abc.az. “Binance” kriptovalyuta birjasında ticarət həcminin çökməsi (son bir il ərzində mənfi 38%) onun rəhbəri Changpeng Zhaonun sərvətinin qiymətləndirilməsinə yenidən baxılmasına səbəb olub.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, sözügedən məsələ ilə bağlı “Bloomberg Billionaires Index” məlumat yayıb. Qeyd edilib ki, cəmi bir gündə “Binance” rəhbərinin sərvəti 41% və ya 11.9 milyard dollar azalıb. Bundan sonra isə milyarderin sərvəti 29.1 milyard dollardan 17.2 milyard dollara düşüb.

Bununla belə, 2023-cü ilin əvvəlindən Changpeng Zhaonun sərvəti, “Bloomberg”ə görə, 37.3% və ya 4.6 milyard dollardan çox artıb. 2022-ci ilin əvvəlində nəşr sahibkarın sərvətini təxminən 97 milyard dollar olaraq qiymətləndirdi.