14:11 - 26.10.2023
26 oktyabr, Fineko/abc.az. Dünya Bankının prezidenti Ajay Banqa Yaxın Şərqdəki gərginliyin təkcə regional iqtisadiyyata deyil, həm də qlobal iqtisadi təsirlərə malik olacağını bəyan edib.
ABC.AZ xəbər verir ki, CNBC-yə danışan Banqa bildirib ki, İsrail və HƏMAS arasındakı münaqişələr regional əməkdaşlığı çətinləşdirir.
Banqa qeyd edib ki, davam edən münaqişələr təkcə Yaxın Şərqdə deyil, həm də qlobal iqtisadiyyata, xüsusilə enerji sektoruna geniş təsir göstərəcək. Neft qiymətləri 2 həftə əvvəl başlayan münaqişədən bəri tədarüklə bağlı narahatlıqlar səbəbindən yüksələn trenddə olub.
Rusiya-Ukrayna müharibəsi səbəbiylə ərzaq qiymətlərinin artdığını bildirən Banqa, son hadisələrin yeni təhlükə yaratdığından narahatlığını dilə gətirib.
Banqanın bu bəyanatları BVF prezidenti Kristalina Georgiyevanın bəyanatlarından sonra gəlib. BVF rəhbəri bildirib ki, İsrail-Həmas münaqişəsi onsuz da qaranlıq olan iqtisadi mənzərənin üzərinə qara buludlar salır.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026
26 Avqust 2026