10:26 - 26.10.2023
26 oktyabr, Fineko/abc.az. ABŞ Federal Ehtiyat Sisteminin (FED) İdarə Heyəti debet kartları ilə əməliyyat komissiyalarına yenidən baxılması ilə bağlı iclas keçirib.
ABC.AZ xəbər verir ki, iclasda istehlakçıların debet kartları ilə apardıqları əməliyyatlara görə satıcıların banklara ödədiyi rüsumun yuxarı həddinin hər əməliyyat üzrə 21 sentdən 14,4 sentə endirilməsi təklif olunub.
Bundan əlavə, ümumi əməliyyat komissiyasından alınan komissiyanın 0,05 faizdən 0,04 faizə endirilməsi tələb olunub.
FED-in verdiyi açıqlamada bildirilib ki, təklifdə sözügedən rüsumun yuxarı həddinin hər iki ildən bir yenilənməsi də nəzərdə tutulub.
Pərakəndə sənaye Fed-in debet kartı əməliyyatları üçün tutulan rüsumların azaldılması təklifini dəstəklədi.
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026