"Visa” dördüncü rübdə böyük həcmdə gəlir əldə edib

15:58 - 25.10.2023


25 oktyabr, Fineko/abc.az. "Visa” dördüncü rübdə böyük həcmdə gəlir əldə edib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, şirkət bu dövrdə 4,82 milyard dollar və ya birdəfəlik düzəlişlərdən sonra hər səhmə görə 2,33 dollar qazanıb.

Müqayisə üçün qeyd edək ki, şirkət ötən ilin eyni dövründə o, 4,09 milyard dollar və ya hər səhmə görə 1,93 dollar mənfəət əldə edib.

Halbu ki, iqtisadçılar dördüncü rübdə hər səhmə görə 2,24 dollar mənfəət gözləyirdilər.

Dördüncü rübdə gəlirlər 8,61 milyard dollar olub ki, bu da 8,55 milyard dollarlıq təxminlərdən çoxdur.