Azərbaycanda bank kartları artıb - Çoxalan kartların siyahısı

14:33 - 24.10.2023


24 oktyabr, Fineko/abc.az. Banklar və “Azərpoçt” MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 270 min ədəd artaraq 15 milyon 939 min ədəd təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20.8% artıb.

Mərkəzi Bankdan ABC.AZ-a daxil olan məlumata görə, ödəniş kartlarında artım debet kartları üzrə 20.4%, kredit kartları üzrə 23.8% təşkil edib.

Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 91 min, kredit kartları 411 min, digər kartlar isə 2.2 mln. ədəd artıb.