Əhali “Azərbaycan Sənaye Bankı”na etibar etmir? - Əmanətçilər 10 milyon manatdan çox pulunu Bankdan geri çəkib

16:55 - 23.10.2023


23 oktyabr, Fineko/abc.az. “Azərbaycan Sənaye Bankı” (ASB) 2023-cü ilin 3-cü rübünə olan hesabatını açıqlayıb.

ABC.AZ hesabata istinadən xəbər verir ki, Bankın aktivləri bu ilin əvvəli ilə müqayisədə 40.114 milyon manat azalaraq 707.507 milyon manata düşüb. Müqayisə üçün bildirək ki, 2023-cü ilin əvvəlində bankın aktivləri 747.621 milyon manat təşkil edib.

Azalma təkcə aktivlərdə olmayıb. Belə ki, depozit portfeli də kəskin azalıb. 3-cü rübün sonuna ASB-nin depozit portfeli 438.776 milyon manat təşkil edib, halbuki, ilin əvvəlində bu göstərici 449.675 milyon manat idi.

Müəllif: Elmir Murad