16:17 - 23.10.2023
23 oktyabr, Fineko/abc.az. Ziyafət Əsgərov “Şərəf” ordeni ilə təltif edilib.
ABC.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ziyafət Abbas oğlu Əsgərov “Şərəf” ordeni ilə təltif edilib.