Kredit təşkilatının İdarə Heyətinin sədri dəyişdirilib

11:33 - 23.10.2023


23 oktyabr, Fineko/abc.az. “Kredit Servis Bank Olmayan Kredit Təşkilatı” MMC-nin İdarə Heyətinin sədri dəyişib.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, Teymur Süleymanov Şəkərəli oğlu BOKT-nin sədri təyin edilib.

T.Süleymanova qədər bu vəzifədə Rəhim Əliyev İsmayıl oğlu idi. Xatırladaq ki, “Kredit Servis” 2011-ci ildə yaradılıb, onun nizamnamə kapitalı 1 milyon 283 min manatdır.