17:04 - 20.10.2023
20 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə ölkəmizin tarixində ilk dəfə bu il mayın 10-da tədavülə buraxdığı, yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış müxtəlif çəkilərdə (1 unsiya, 1/2 unsiya, 1/4 unsiya, 1/10 unsiya) investisiya pul nişanlarının satışı üçün agent banklar seçib.
ABC.AZ AMB-yə istinadla xəbər verir ki, bunlar, “Bank of Baku” və "Turan Bank" ASC-lərdir.
Həmin banklar AMB-nin İdarə Heyətinin qərarı ilə, bu sahədə müəyyən edilmiş tələblərə cavab verdiyi üçün seçilib.
Satış agentlərinin seçilməsi ilə əlaqədar AMB investisiya pul nişanlarının birbaşa əhaliyə və banklara satışını və geri alışını dayandırıb.
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026