11:12 - 20.10.2023
20 oktyabr, Fineko/abc.az. "Naxçıvanda ilk dəfə taxıl istehsalçıları dövlət hesabına toxumlarla təmin olunacaq”.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini Xəyalə Dadaşova “Şərq qapısı” qəzetinə müsahibəsində deyib.
O, qeyd edib ki, ötən ilin payızlıq, cari ilin yazlıq əkinləri üzrə, ümumilikdə, 21 min 247 hektar sahə taxıl əkinləri həyata keçirilib: “Taxıl əkinləri üzrə 19 min 797 hektar sahədə biçin aparılıb, 1 450 hektarda biçin aparmaq mümkün olmayıb. Biçin aparılmamasının səbəbləri isə istehsalçıların düzgün olmayan toxumlardan istifadə etməsi, aqrotexniki qulluq qaydalarına düzgün riayət olunmaması, eyni zamanda quraqlığın təsiridir. Bu ildən etibarən bütün istehsalçılarla taxıl əkinləri üzrə vaxtında şumun qaldırılması, əkinin həyata keçirilməsi, aqrotexniki qulluq qaydalarının göstərilməsi haqqında mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilib və bu istiqamətdə işlər davam edir. Eyni zamanda istehsalçıların tələbatlarının ödənilməsi üçün dövlət dəstəyi hesabına həm nağd formada subsidiyaların, eləcə də gübrələrin verilməsi təmin olunub. Cari ildə isə dövlət dəstəyi hesabına toxumluq buğdaların gətirilməsi də reallaşdırılıb.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026