80 ölkədə fəaliyyət göstərən şirkət Azərbaycana da gəldi 

10:34 - 20.10.2023


20 oktyabr, Fineko/abc.az. Dünyanın 80 ölkəsində fəaliyət göstərən təşkilat Azərbaycanda törəmə şirkət təsis edib.

ABC.AZ xəbər verir ki, sözügedən təşkilat “Control Union” şirkətidir. Yeni törəmə şirkət “Control Union Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətidir (VÖEN: 2008113031). Şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Xocalı ev.37 ünvanında yerləşir.

Nizamnamə kapitalı 225 000 manat və 225 000 ABŞ dollarıdır. Şirkətin qanuni təmsilçi Türkiyə Respublikası İsa Topbaş Cemdir. Müşahidə şurasının üzvlərinin Söner Fahrettin və Noyin Anıldır.

“Control Union” kənd təsərrüfatı sahəsində yoxlama və sertifikatlaşdırma üzrə qlobal təşkilatıdır və 80-dən çox ölkədə müştərilərə xidmətlər təqdim edir.

Müəllif: Elmir Murad