13:37 - 19.10.2023
19 oktyabr, Fineko/abc.az. Azərbaycanda dövlət büdcəsinin kəsirinin ümumi daxili məhsula (ÜDM) nisbətinin 2024-cü ildə 2,2 %-ə, 2027-ci ildə isə 1,9 %-ə enməsi proqnozlaşdırılır.
ABC.AZ xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı “2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi”ndə bildirilir.
Sənədə əsasən, 2024-cü ildə dövlət büdcəsinin kəsirinin yuxarı həddi 2 milyard 590 milyon manat, 2025-ci ildə – 2 milyard 891,5 milyon manat, 2026-cı ildə – 2 milyard 379,8 milyon manat, 2027-ci ildə isə – 2 milyard 589,8 milyon manat məbləğində proqnozlaşdırılır.
Dövlət büdcəsinin kəsirinin əvvəlki illərdə olduğu kimi, özəlləşmədən daxilolmalar, borclanma hesabına daxilolmalar (xarici və daxili) və vahid xəzinə hesabının qalığı hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026