Azərbaycanın meşə fındığı ixracından gəlirləri artıb

15:59 - 17.10.2023


17 oktyabr, Fineko/abc.az.  Yanvar-sentyabr aylarında 80 milyon 842,41 min dollar dəyərində 16 min 190,98  ton meşə fındığı ixrac edilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac göstərciləri məbləğ ifadəsi ilə 7 milyon 837,96 min dollar (10,7%), miqdar ifadəsi ilə 2 699,29 ton (20%) artıb.

Keçən ilin yanvar-sentyabr aylarında xaricə 73 milyon 4,45 min ABŞ dolları dəyərində 13 min 491,69 ton meşə fındığı ixrac edilmişdi.

Beləliklə bir ton fındığın ixrac qiyməti bu il 4 993 dollar, ötən ilin müvafiq dövründə 5 411 dollar təşkil edib. Bu göstərici son bir ildə 418 dollar, başqa sözlə 7,7% azalıb.

Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında pomidorun ümumi ixracda xüsusi çəkisi 0.31%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 3.32%-ə bərabər olub.

Keçən  ilin yanvar-sentyabr aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 0.25%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 3,45%-ə bərabər olub.