Naxçıvanda vergi ödəyicilərinin sayı 14 faizə yaxın artıb  

17:33 - 16.10.2023


16 oktyabr Fineko/abc.az. Naxçıvan Muxtar Respublikasında aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 13,8 % artaraq bu il oktyabrın 1-nə 14 283 olub.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 26,7 % artaraq 384-ə, aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 14,6 % artaraq 5 105-ə çatıb.