“Mir” ödəniş sistemi daha bir ölkədə fəaliyyətə başladı    

15:49 - 16.10.2023


16 oktyabr Fineko/abc.az  “Mir” ödəniş sistemi Venesuelada fəaliyyətə başlayıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib. Onun sözlərinə görə, ölkədə “Mir” kartlarını qəbul edən 80 mindən çox terminal fəaliyyət göstərir.

İyulda Rusiyanın Venesueladakı səfiri Sergey Melik-Baqdasarov ölkədə ödəniş sistemini sınaqdan keçirməyə başladığını bildirmişdi. O zaman Marqarita adasında kart ödənişləri qəbul edilirdi, onların işi yalnız Karakasda sınaqdan keçirilirdi.