31,4 milyon manat məbləğində ziyanın dövlət büdcəsinə ödətdirilməsi təmin edilib

16:51 - 13.10.2023


13 oktyabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-sentyabr ayları ərzində vergi ödəməkdən yayınma faktları üzrə 452 cinayət işi başlanılıb.

Bu barədə ABC.AZ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadla xəbər verir.

Cinayət işləri üzrə əvvəlki illərin ödəmələri nəzərə alınmaqla, dövlət büdcəsinə 16 milyon 417,7 min manat məbləğində vəsait ödənilib.

Cari ilin 9 ayı ərzində ümumilikdə 31 milyon 381,1 min manat məbləğində ziyanın büdcəyə ödətdirilməsi təmin edilib.

Həmçinin, operativ vergi nəzarəti  tədbirləri nəticəsində ümumilikdə 1 milyon 650 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.