ARDNF dövlət büdcəsinə 3 milyard 550 milyon manat vəsait transfert edib

15:28 - 13.10.2023


13 oktyabr, Fineko/abc.az. Cari ilin doqquz ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2023-cü il büdcəsinin icrası çərçivəsində 3 550,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir.

Bu barədə ABC.AZ Fonda istinadla xəbər verir.

Qeyd olunur ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 10,8 milyon manat,“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 6,1 milyon manat, idarəetməyə isə 20,1 milyon manat xərcləyib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri 257,8 milyon manat təşkil edib.

2023-cü ilin 3-cü rübünə aktivlərin artımı ARDNF-nin büdcə gəlirlərinin büdcə xərclərini üstələməsi, o cümlədən, vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub.